1 yanvar 2017-ci il tarixinə Azərbaycanda 3 mln. 371,908 min nəfər sosial sığorta üzrə fərdi hesablara malikdir ki, bu da ötən ilin əvvəlinə olan göstəricidən 6% çoxdur. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilir.
“2016-cı il ərzində sosial sığorta ödəyicilərinin sayını 191,754 min nəfər, həmçinin dekabr ayı ərzində 18,925 min nəfər artırıb”, - deyə məlumatda deyilir.
DSMF-in məlumatına əsasən, fərdi hesabı olanların əksəriyyəti 30-40 yaş arasında işləyən vətəndaşlardır. Onlar bütün sosial sığorta ödəyicilərinin 25,6%-ni təşkil edirlər.
30 yaşa qədər sosial sığorta ödəyicilərinin 20%-nin, 40-50 yaş arasında 19,9%-nin, 50-60 yaş arasında 21%-nin fərdi hesabları var. Qalanı 60 yaşdan yuxarı ödəyicilərdir.
Xəbər verildiyi kimi, Azərbaycan 2006-cı il yanvarın 1-dən pensiya sistemində islahatlar aparıb və nəticədə şəxsləndirilmiş (fərdi) sosial sığorta uçotuna keçib. Bunun əsasında icbari sosial sığorta haqqı ödəyən hər bir şəxs üçün fərdi hesab açılır. Burada onun icbari sosial sığorta üçün ödədiyi haqlar toplanır. **
N.Abbasova