Azərbaycan İslam hərbi koalisiyasına qoşulması ilə bağlı təklif irəli sürülərsə, bu təklifi nəzərdən keçirə bilər. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. «Azərbaycanın xarici siyasətinin gündəliyində hələlik belə bir məsələ yoxdur. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sözügedən məsələ ilə əlaqədar vaxtilə müxtəlif fikirlər səsləndirilib. Hər hansı təklif irəli sürüldüyü halda, Azərbaycan tərəfindən müfəssəl şəkildə təhlil olunur", - deyə XİN rəsmisi bildirib.
Qeyd edək ki, bu gün bir sıra KİV-də Azərbaycanın İslam hərbi koalisiyasına qoşulması barədə məlumat yayılıb.
Azərbaycan, Tacikistan və İndoneziyanın alyansa daxil olmaq barədə qərarından sonra qurumun üzvlərinin sayı 42-yə çatıb.
2015-ci ildə Səudiyyə Ərəbistanı terrorla mübarizəyə qarşı İslam dövlətlərinin hərbi koalisiyasının yaradılması barədə elan edib.*
F.İsazadə