SOCAR (ARDNŞ) və Rusiyanın "Transneft" şirkəti ilə 20117-ci ildə Bakı-Novorossiysk boru kəməri ilə Azərbaycan neftinin nəqlinə dair saziş imzalayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ARDNŞ-dən məlumat verilib.
"Transneft" ilə saziş artıq imzalanıb və 2017-ci ildə Bakı-Novorossiysk boru kəməri ilə 1,5 mln. ton Azərbaycan neftinin nəqlini nəzərdə tutur. Bu həcmin 325 min tonu cari ilin birinci rübündə nəql üçün bəyan edilib”, - deyə şirkətdən bildiriblər.
SOCAR-ın məlumatına görə, 2016-cı ildə isəBakı-Novorossiysk kəməri ilə 1,22 mln. ton neft nəql olunub.
Azərbaycan 1997-ci ildən etibarən Bakı-Novorossiysk boru kəməri iləöz neftini nəql edir. **
N.Abbasova