2016-cı ildə Azərbaycanda pambıq yığımı 2,5 dəfə artıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
«9 yanvar 2017-ci il tarixinə ölkədə 88 min 596,9 ton pambıq yığılıb (28 dekabr 2015-ci il tarixinə olan 35 min 192 tona qarşı)», - deyə məlumatda bildirilir.
Ötən il pambıq əkinlərinin sahəsi 2,8 dəfə artaraq 52 min 57,7 hektara çatıb.
«Biləsuvar, Saatlı və İmişli rayonları 2016-cı ildə pambıq yığımı üzrə lider olub. Ölkə üzrə pambıq yığımının ümumi həcminin 38,4%-i bu rayonların payına düşüb», - deyə məlumatda qeyd edilir.*
A.Axundov