Peru tezliklə Bakıda səfirlik açmağı planlaşdırır. Bu barədə Peru Konqresinin sədri Lyus Filomena Rubyanes Azərbaycanın bu ölkədəkidiplomatik nümayəndəliyinin müvəqqəti işlər vəkiliMehdiMəmmədovla görüşdə bəyan edib.
“Peru hökuməti yaxın zamanda Azərbaycanda diplomatik nümayəndəlik açmaq niyyətindədir”, - deyə Azərbaycanın Perudakı səfirliyinin mətbuat xidməti L.F.Rubyanesin sözlərindən sitat gətirir.
Görüşdə Bakı ilə Lima arasında siaysi, təhsil, mədəniyyət və iqtisadiyyat sahələrində ikitrəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. **
R.Babayev