İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncani Azərbaycan-İran münasibətlərinin inkişafında böyük rol oynayıb. Bu barədə İranın Bakıdakı səfiri Cavad Cahangirzadə bəyan edib.
“Əli Əkbər Haşimi Rəfsəncaninin dövründə Azərbaycan və İran arasında yaxşı əlaqələr formalaşıb. Naxçivanin blokadası zamanı Azərbaycan xalqına böyük yardım edib. Hətta özşəxsi təyyarəsini Heydər Əliyevi İrana aparmaq üçün yollamışdı ki, birlikdə Azərbaycan xalqının problemlərinin həlli yollarını müzakirə etsinlər”, - deyə C.Cahangirzadə bu gün jurnalistlərə bildirib.
Səfirin sözlərinə görə, Rəfsəncanı prezidentliyi dövründə “Dağlıq Qarabağ müharibəsi zamanı regionda sülh və sabitliyin bərpa məqsədilə çox səylər göstərdi”.
C.Cahangirzadə Azərbaycan prezidenti İlham Əliyevə Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar İran prezidenti və bu ölkənin Ali dini liderinə ünvanladığı başsağlığı məktublarına görə minnətdarlığını bildirib.
Diplomatın sözlərinə görə, Azərbaycanın nümayəndə heyəti Rəfsəncaninin dəf mərasimində iştirak edəcək.
İranın Ali dini liderinin Azərbaycandakı nümayəndəsi Seyid Əli Əkbər Ocaq Nicat qeyd edib ki, Rəfsəncani və Heydər Əliyev ailəlikcə dostluq ediblər. **
F.İsazadə