2016-cı il dekabrın 15-də 10 neftçi ilə birlikdə dənizə uçan estakadaya aid olduğu ehtimal edilən 150 çeşiddən artıq əşya tapılıb. Bu barədə Qərargahdan məlumat verilib.
“Qeyd olunan sektorlarda itkin düşən neftçilərin axtarış tədbirləri davam etdirilir. Axtarış-xilasetmə əməliyyatları zamanı, uçan estakadaya aid olduğu ehtimal edilən 150 çeşiddən artıq əşya tapılaraq aidiyyatı üzrə təhvil verilib. Axtarışlar uzunluğu 165 km, eni isə 135 km olan geniş ərazidə həyata keçirilir”, - deyə məlumatda deyilir.
Hava şəraitinin yaxşılaşması ilə əlaqədar olaraq, kiçik həcmli gəmilər, digər gəmi və üzən vasitələr, helikopterlər, canlı qüvvə və dalğıclar axtarışı davam etdirrlər.
“Axtarış-xilasetmə əməliyyatlarına cəlb olunan "Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus, göyərtəsində müasir heyətsiz “ROV” sualtı aparatlar quraşdırılan "Məmməd Süleymanov", "Təbriz Xəlilbəyli" axtarış-xilasetmə gəmiləri, uçmuş estakadaların ərazisində fasiləsiz sualtı videoaxtarış əməliyyatlarını davam edir”, - deyə məlumatda vurğulanır. **
N.Abbasova