Ötən gün Azərbaycan ərazisində baş vermiş 5 yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər həlak olub, 3 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 102 cinayət faktı qeydə alınıb, onların 48-i “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 59 nəfər tutulub.
Bundan başqa, axtarışda olan 24 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.**
F.İsazadə