Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən 2016-cı ildə 928,995 min manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatında deyilir.
Qeyd olunan vəsaitin 85,8%-ni gecikdirilmiş əmək haqları təşkil edib, qalan hissəsi isə zərərə görə ödənclərdən ibarət olub.
Hesabat dövründə 30 nəfərlə qanunvericiliyin tələblərinə uyğun olmadan əmək müqaviləsinə xitam verildiyi müəyyən olunub və həmin işçilərin yenidən əvvəlki işlərinə bərpa olunmaları təmin edilib.*
R.Babayev