2019-cu ildə Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalında 4 minə yaxın idmançı iştirak edəcək. Bunu Avropa Olimpiya Komitəsinin icraçı prezidenti Yanes Kosiyançiç Yanes Kosiyançiç deyib.
“2019-cu ildə Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalında çox sayda atletlərin iştirakını gözləyirik. Festivalda 16-18 yaş həddi arasında 4 minə yaxın idmançının iştirakı ehtimal edilir”, - deyə Y.Kosiyançiç bu gün mətbuat konfransında qeyd edib.
Onun sözlərinə görə, Avropa Gənclər Olimpiya Festivalı artıq 25 ildir keçirilir. Bu il növbəti festival Macarıstanda olacaq. **
R.Babayev