Hökumət Azərbaycanı mümkün risklərdən qorumaq məqsədilə mümkün olan hər şey edəcək. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“Biz hər zaman ölkəmizi mümkün risklərdən qorumağa çalışmışıq və gələcəkdə də bunu edəcəyik”, - deyə İ.Əliyev bu gün Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib.
Dövlət başçısının sözlərinə görə, Azərbaycan özünün inkişaf yolunu seçib, və gələcəkdə də buna sadiq olacaq. **
F.İsazadə