2016-cı ildə Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşları $8 mlrd. təşkil edib. Bunu prezident İlham Əliyev deyib.
"2016-cı ildə 2016-cı ildə Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşları $8 mlrd., daxili investisiyalar $3,7 mlrd. təşkil edib", - deyə prezident bu gün Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
İ.Əliyev vurğulayıb ki, ötən il ölkə iqtisadiyyatı üçün çətin il olub. “2016-cı ildə qeyri-neft sənayesində 5%, kənd təsərrüfatı sahəsində isə 2,6% artım əldə olunub. Bu iki göstərici böhranlı, çətin şəraitdən şərəflə çıxa bildiyimizi nümayiş etdirir”, - deyə o qeyd edib.
Dövlət başçısı əlavə edib ki, 2017-ci ildə Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafına, yeni iş yerlərinin yaradılmasına yönəlmiş tədbirləri davam etdirəcək. "2016-cı ildə Azərbaycanda 100 mindən artıq iş yeri yaradılıb", - deyə İ.Əliyev bildirib.
O vurğulayıb ki, inflyasiyanın birrəqəmli səviyyəyə endirilməsi 2017-ci ildə Azərbaycan hökuməti qarşısında duran vəzifələrdən biridir.*
A.Əzizov