Azərbaycan prezidenti İlham Əliyev qeyd edir ki, 2016-cı ilin aprel ayında Qarabağ münaqişəsi zonasında döyüşlərdə Ermənistan ordusunun məğlubedilməzliyi barədə yaradılan mif tam darmadağın edildi.
“Ermənilər özləri etiraf edirlər ki, xarici yardım olmasa, bir həftə ərzində qabağımızda dura bilməyəcəklər”, - deyə İ.Əliyev bu gün Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Dövlət başçısı vurğulayıb ki, aprel döyüşləri bir daha Azərbaycanın gücünü nümayiş etidrdi. “Bu həm bizim parlaq qələbəmizdir, həm də bir daha Azərbaycan dövlətinin gücünü göstərdi. Bu döyüşlər həm də bir daha onu göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, bütün təxribatlara layiqli cavab verəcəyik”, - deyə İ.Əliyev bəyan edib.
Prezident bildirib ki, aprel döyüşlərində “Ermənistan ordusunun məğlubedilməzliyinə dair mif darmadağın oldu. “İllər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi”, - deyə o qeyd edib. **
F.İsazadə