Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ağır atletika idmançısı İntiqam Zairovun gümüş medal qazanmasına sevinməyin vaxtından əvvəl olduğunu hesab edir.
“İntiqam Zairov Londonda keçirlən Olimpiadada 6-cı yerdə olub və dopinq qalmaqalı ilə əlaqədar 2-ci yeri tutub. Bununla bağlı ona gümüş medal təqdim etməyə dair qərar qəbul olunub. Lakin idmançı özü də dopinq testindən keçib”, - deyə MOK-un vitse prezidenti bu gün mətbuat konfransında bildirib.
Ç.Hüseynzadənin sözlərinə görə, testin nəticələri müsbət olacağı halda İ.Zairovun olimpiya medalını qaytarması zərurəti yarana bilər.
“Buna görə, bu məsələdə tələsməzdim. Öncə bu problemi həll etmək lazımdır, daha sonra idmançının həmin medala layiq olub-olmamasını müəyyən etmək lazımdır”, - deyə o vurğulayıb.
MOK-un vitse prezidenti qeyd edib ki, İ.Zairova Olimpiadanın gümüş medalçısı elan olacağı təqdirdə çətin ki, ona Azərbaycan prezidentinin Olimpiadanın qalibləri və mükafatçıları üçün elan etdiyi pul mükafatı təqdim ediləcək.
Ç.Hüseynzadə əlavə edib ki, dopinqqəbuletməkdə ittiham olunan 2008-ci ildə Pekində keçirilən Olimpiadanın gümüş medalçısı güləşçi Vitali Rəhimov pul mükafatını dövlətə qaytarmamalıdır. **
R.Babayev