AŞPA-nın Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda yanvarın 12-14-də Azərbaycanda səfərdə olacaqlar.
“Səfərdə məqsəd Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəlik və vəzifələrini yerinə yetirməsinin qiymətləndirilməsidir”, - deyə AŞPA-nın saytında məlumat verilir.
Səfər çərçivəsində AŞPA nümayəndələri Azərbaycan prezidenti, parlamentin spikeri, ədliyyə və daxili işlər nazirləri və digər rəsmilərlə görüşəcəklər.*
R.Babayev