2017-ci ildə Azərbaycanda bank sektorunun sağlamlaşdırılması prosesi davam etdiriləcək. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“Ötən il bank sektorunda nəzarət gücləndirilib. Bu sektorun təmizlənməsi, sağlamlaşdırılması, şəffaflaşması, beynəlxalq standartlara uyğunlaşması istiqamətində bu il də ciddi addımlar atılacaq”, - deyə prezident Nazirlər Kabinetinin2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıdaduran vəzifələrə həsr olunan iclasda bildirib.
Onun sözlərinə görə, 2017-c ilıdə Azərbaycanda inflyasiya bir rəqəmə qədər azaldılmalıdır. “Bu il Azərbaycanda makroiqtisadi sabitlik təmin edilməlidir, inflyasiya birrəqəmli olmalıdır. Hesab edirəm ki, biz buna nail olacağıq”, - deyə dövlət başçısı vurğulayıb.
İ.Əliyev bildirib ki, bu il hökumət pambıqçılığın inkişafına yönələn tədbirləri davam etdirəcək.”Əgər keçən il 51 min hektarda pambıq əkilibsə, bu il ən azı 120 min hektarda pambıq əkilməlidir. Hazırda 27 rayonda pambıqçılıq inkişaf edir və biz bu il təxminən 200 min ton, ondan da çox pambıq tədarükünü gözləyirik. Ancaq bu il icra ediləcək bu layihə çərçivəsində 200 minə yaxın insan işə cəlb ediləcək”, - deyə prezident əlavə edib. **
A.Əzizov