Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 11-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7742 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Yanvarın 11-nə manatın avroya nisbətən rəsmi məzənnəsi yanvarın 10-da qeydə alınmış 1,8824 manat/1EUR səviyyəsinə qarşı 1,8719 manat/1EUR səviyyəsində müəyyənləşdirilib. Bununla da manat avroya nisbətən 0,5577% möhkəmlənib.
AMB yanvarın 11-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini yanvarın 10-na olan 0,0296 manat/1RUR səviyyəsinə qarşı 0,0295 manat/1RUR səviyyəsində müəyyən edib. Beləliklə, manat rubla qarşı 0,3378% möhkəmlənib.**
N.Abbasova