2016-cı ildə Avropa İttifaqına üzv-ölkələr readmissiya sazişi çərçivəsində 120 nəfəri Azərbaycana göndərib. Bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev bəyan edib.
“Avropa İttifaqı ilə ölkəmiz arasında imzalanmış readmissiya sazişi çərçivəsində 2016-cı ildə Dövlət Miqrasiya Xidmətinə göndərilmiş bildirişlər əsasında Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olması müəyyənləşdirilmiş 120 şəxsin readmissiyası həyata keçirilib”, - deyə F.Nəbiyev prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. **
R.Babayev