Vergilər Nazirliyi 2016-cı ildə 145,874 min vergi ödəyicisini qeydiyyata alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
2015-ci ildə Vergilər Nazirliyində 76,877 min vergi ödəyicisi qeydiyyatdan keçib. Beləliklə, 2016-cı ildə qeydiyyata alınan vergi ödəyicilərinin sayı 89,7% artıb.
"Ötən il Vergilər Nazirliyi 145,874 min, IV rübdə 56,773 min vergi ödəyicisini qeydiyyata alıb", - deyə məlumatda bildirilir.
Azərbaycan 2008-ci il yanvarın 1-dən sahibkarların “bir pəncərə” prinsipi üzrə qeydiyyatı sisteminə keçib. Kommersiya fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin bu sistem üzrə qeydiyyata alınma prosesi Vergilər Nazirliyinin vasitəsilə 1-2 gün ərzində həyata keçirilir.*
A.Əzizov