Yanvarın 17-də Bakıda Azərbaycan-Çexiya biznes forumu keçiriləcək. Bu barədə Azərbaycandaİxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatında deyilir.
“Çexiya Respublikasının sənaye və ticarət naziri Yan Mladekin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində 17 yanvar tarixində Azərbaycan-Çexiya biznes forumu keçiriləcək”, - deyə məlumatda bildirilir.
Biznes forumda kənd təsərrüfatı və qida sənayesi, maliyyə, sığorta, energetika, logistika, tikinti, hüquq, neft-kimya, maşınqayırma, şüşə istehsalı və digər sahələrdə fəaliyyət göstərən Çexiya şirkətləri iştirak edəcək.
AZPROMO İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqust ayında fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.*
A.Axundov