SOCAR- ın (ARDNŞ) Kompleks Qazma İşləri Tresti “Qaradağ” yatağında istismar-basqı quyusunda qazma işlərinə başlayıb. Bu barədə SOCAR-ın saytında məlumta verilir.
489 nömrəli quyunun layihə dərinliyi 2,9 min metrdir.
Qazma işləri Qaz Anbarları İstismarı İdarəsinin sifarişi ilə yataqda vurulan və götürülən qaz həcmlərininartırılması məqsədilə həyata keçirilir.
Azərbaycanda iki yeraltı qaz anbarı var – “Qalmaz” və “Qaradağ”. Bakıdan 75 km cənub-şərqdə yerləşən “Qalmaz” yeraltı qaz anbarı 1955-ci ildə, paytaxtdan 25 kilometr cənub-şərqdə yerləşən “Qaradağ” yeraltı qaz anbarı isə 1954-cü ildə istismara verilib. **
N.Abbasova