"SOCAR Petroleum" QSC (SOCAR-ın törəməsi) nizamnamə kapitalını 53 mln. 885,1 min manat artırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
"Palata şirkətin 53 mln. 885,1 min manatlıq səhminin əlavə emissiya prospektini qeydiyyata alıb. Əlavə emissiya hər birinin nominal dəyəri 300 manat olan 179,617 min ədəd səhmə bölünüb", - deyə məlumatda bildirilir.
“SOCAR Petroleum” şirkəti 2008-ci ilin yanvar ayında təsis edilib və “SOCAR” brendi altında YDM şəbəkəsini genişləndirməklə neft məhsullarının pərakəndə satışı ilə məşğul olur. Şirkət Azərbaycanda yanacaqdoldurma məntəqəsini 2010-cu ilin may ayında açıb. Hazırda ölkədə SOCAR brendi ilə 22 YDM fəaliyyət göstərir.
Yanacaqdoldurma məntəqələrində Euro-4 standartlarına cavab verən Aİ-95 Premium, Aİ-92 (Euro-2), Aİ-98 Super (Euro-5) markalı benzinin, eləcə də maye qaz (LPG) və dizel yanacağının satışı həyata keçirilir.*
A.Əzizov