Xarici İşlər Nazirliyi İndoneziyanın “Tempo” jurnalının əməkdaşı Fameqa Putrinin Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı məlumatı araşdırır.
“Azərbaycanın İndoneziyadakı səfirliyinə “Tempo” jurnalının əməkdaşı Fameqa Putrinin Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinə qanunsuz səfəri ilə əlaqədar məsələni araşdırmaq tapşırılıb”, - deyə XİN-in mətbuat katibi Hikmət Hacıyev “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Ötən il F.Putri Azərbaycanın işğal olunan ərazisələrinə qanunsuz səfər edib. Jurnalist səfərinin yekunları ilə bağlı “Tempo” jurnalında dərc olunan məqalə hazırlayıb. **
R.Babayev