“Azərenerji” ASC (Azərbaycanda elektrik enerjisinin istehsalı üzrə dövlət inhisarçısı) 2016-cı ildə 22,6 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ASC-nin mətbuat xidmətindən məlumat verilib.
2015-ci ildə “Azərenerji” 22,5 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib. Beləliklə, 2016-cı ildə artım 0,4% səviyyəsində olub.
Ötən ilin dekabr ayında ölkədə 2,2 mlrd. kVt/saat elektrik enerjisi istehsal edilib.*
N.Abbasova