2016-cı ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 2,6%, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,8%, bitkiçilik məhsullarının istehsalı 2,5% artıb. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.
“2016-cı ildə payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin 997,5 min hektar əkin sahəsindən 3065,1 min ton və ya 2015-ci illə müqayisədə 2,2% çox məhsul götürülüb”, - deyə məlumatda bildirilir.
Orta hesabla hər hektardan əldə edilmiş məhsul 30,7 sentner təşkil edib.
“2016-cı ildə 902,4 min ton və ya əvvəlki ilə nisbətən 7,5% çox kartof, 1269,3 min ton (0,5% az) tərəvəz, 464,6 min ton (4,1% az)bostan məhsulları, 883,7 min ton (0,5% az) meyvə və giləmeyvə, 134,5 min ton (14,4% az) üzüm, 1015,7 ton (75,4% çox) yaşıl çay yarpağı, 321,3 min ton (72,7% çox) şəkər çuğunduru, 17,1 min ton (9,3% az) dən üçün günəbaxan, 3598,2 ton (3,8% çox) tütün yarpağı yığılıb”, - deyə məlumatda qeyd olunur.
Ötən il ölkə üzrə pambıq tədarükü 2,5 dəfə artıb.
2016-cı ildə 523,8 min ton (artım 1,6%) diri çəkidə ət, 2009,9 min ton (artım 4,4%) süd, 1609,8 milyon ədəd (artım 3,7%) yumurta, 16,7 min ton (azalma 2,1%) yun istehsal olunub.*
A.Axundov