Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən 180 əcnəbi jurnalist Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslər siyahısına daxil edilib.
“Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən jurnalistlər daha çox MDB ölkələrindən Rusiya və Ukraynadan olub”, - deuə “İnterfaks-Azərbaycan” agentliyinə XİN-dən bildiriblər.
Nazirliyin “qara siyahı”sına ümumilikdə 623 nəfər daxil edilib.
“2016-cı ildə onlardan 20-yə yaxını rəsmi şəkildə üzr istədiyinə görə XİN-in arzuolunmaz şəxslər siyahısından çıxarılıb. Onların arasında Litva, Yaponiya və Avstriyadan olan jurnalistlər də var. Daha çox Rusiya, Almaniya, Fransa, İtaliya, ABŞ-dan olan əcnəbilər Azərbaycanın işğal olunmuş ərazilərinə səfər ediblər”, - deyə nazirliyin rəsmisi qeyd edib.
Araşdırmalar zamanı məlum olub ki, 2016-cı ildə ötən illərdə olduğu kimi, Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər edən xarici vətəndaşların böyük əksəriyyəti aldadılıb. **
R.Babayev