Əfqanıstanda törədilmiş terror aktı nəticəsində Birləşmiş Ərəb Əmirliklərindən olan nümayəndələrin həlak olması ilə əlaqədar BƏƏ-nin Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq.
“Kitab yanvarın 12-13-də saat 11.00-dan 13.00-dək açıq olacaq”, - deyə səfirliyin məlumatında bildirilir.
Xatırladaq ki, Qəndahar əyalətinin qubernatorunun evində Dar Xalifa Bin Zayed Al Nahyan İnstitutunun yaradılması və Kardan Universiteti ilə BBƏ arasında təqaüd proqramına dair sazişin imzalanma mərasimi zamanı terror aktı törədilib. Hadisə nəticəsində BƏƏ-dən olan 5 nəfər həlak olub, BƏƏ-nin Əfqanıstandakı səfiri Juma Mohammed Abdulla Al Kaabi yaralanıb.*
F.İsazadə