Yanvarın 18-də Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın iclası keçiriləcək.
“İclas Çexiyanın sənaye və ticarət naziri Yan MladekinAzərbaycana səfəri çərçivəsində Bakıda keçiriləcək”, - deyə Çexiya səfrliyinin nümayəndəsi “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
O, həmçinin qeyd edib ki, Y.Mladek Bakıda bir sıra, o cümlədən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə görüş keçirməyi planlaşdırır.
Qarışıq Komissiyanın üçüncü iclası 2015-ci il 10-11 sentyabr tarixlərində Praqada keçirilib. **
F.İsazadə