Belarusun xarici işlər naziri Vladimir Makey və Azərbaycanın bu ölkədəki səfiri Lətif Qəndilov iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin bütün spektrlarını müzakirə ediblər.
Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə səfir L.Qəndilov etimadnaməsini V.Makeyə təqdim edib.
"Görüş zamanı əməkdaşlığın perspektivli istiqamətləri üzrə fikir mübadiləsi aparılıb”, - deyə məklumatda deyilir.
Xüsusilə, həmsöhbətlər istehsal və elmi-texniki kooperasiya, kənd təsərrüfatı, səhiyyə və idman sahələrində uzunmüddətli birgə layihələrin reallaşdırılması məsələlərini müzakirə ediblər.
Bundan başqa, tərəflər Belarus prezidenti Aleksandr Lukaşenkonun 2016-cı ilin noyabrında Azərbaycana rəsmi səfəri zamanı iki ölkə arasında imzalanmış 2025-ci ilədək Belarus və Azərbaycan arasında sosial-iqtisadi əməkdaşlıq proqramının reallaşdırılmasının hər iki ölkə səfirliyinin işində prioritet olacağına dair şərtləşiblər. **
F.İsazadə