Azərbaycan Mərkəzi Bankı yanvarın 12-dən etibarən xarici valyuta məzənnələrinin müəyyən olunması zamanı banklara +/-4% məbləğində tətbiq edilmiş limiti (marja) aradan qaldırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bank bazarındakı mənbə məlumat verib.
“AMB-nin banklara ünvanladığı məktubda qeyd olunur ki, yanvarın 12-dən etibarən 4%-lik məhdudiyyət aradan qaldırılır”, - deyə mənbə bildirib.
Onun sözlərinə görə, bu gün AMB artıq yeni qaydalar üzrə hərrac keçirib.
2016-cı ilin yanvar ayında AMB İdarə Heyətinin qərarı ilə nağd və qeyri-nağd mübadilə əməliyyatları zamanı milli valyutanın xarici valyutaya, habelə xarici valyutanın mübadilə məzənnəsi hədlərini həmin gün üçün AMB-ninrəsmi məzənnəsindən +/-4% məbləğində (xarici valyutanın alış məzənnəsi rəsmi məzənnədən maksimum 4%-dək aşağı, satış məzənnəsi isə maksimum 4%-dək yuxarı) müəyyən edilib. **
A.Axundov