Yanvarın 12-də keçirilən valyuta hərracında manatın orta çəkili məzənnəsi 1,7867 AZN/$1 təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
“12 yanvar 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə yeni formatda hərrac keçirilib. Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilib və sifarişlər ən yüksək qiymətdən ən aşağı qiymətə doğru təmin edilib. Hərracda manatın orta çəkili məzənnəsi 1.7867 səviyyəsində formalaşıb”, - deyə məlumatda bildirilir.
Beləliklə, manat dollara qarşı 0,7045% ucuzlaşıb.*
A.Axundov