Əmlak Məsələləri Dövlət Komitəsi «Əmlakın qeydiyyatı Kalkulyatoru» xidmətini əhalinin istifadəsinə verib. Bu barədə Komitədən məlumat verilib.
“Bu xidmət vasitəsilə fiziki və hüquqi şəxslər əmlakla bağlı qeydiyyat xidmətlərinə dair dövlət rüsumu və xidmət haqqını onlayn qaydada hesablaya biləcəklər. Xidmət Komitənin rəsmi saytında (emdk.gov.az) təqdim edili”, - deyə məlumatda deyilir.
Kalkulyator sayəsində daşınmaz əmlakların ilkin qeydiyyatı, alqı-satqısı, bağışlanma, dublikatın verilməsi, texniki pasportların və plan ölçülərin alınması zamanı tələb olunan dövlət rüsumu və xidmət haqqı elektron qaydada hesablanır. O cümlədən, bura mənzilin, fərdi evin, torpaq sahələrinin qeydiyyatı ilə bağlı çıxarışın alınması, texniki pasportun əldə edilməsi, əmlakla bağlı sadə və məhdudlaşdırıcı arayışlar, əmlakın qabaqcadan qeydiyyatı, yüklülükdən azad etmə, daşınmaz əmlaka ünvan təyin edilməsi, ünvan məlumatlarının verilməsi xidmətləri aiddir. **
N.Abbasova