Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu yaxın günlərdə pensiyaların qrafik əsasında pensiyaçıların hesablarına köçürülməyi planlaşdırır. Bu barədə DSMF-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev özünün Facebook səhifısində bildirib.
“Yaxın günlərdə yanvar ayının pensiyalarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin pensiyaçıların hesablarına köçürülməsinə başlanılacaq. Azərbaycanda əmək pensiyalarının maliyyələşməsində hər hansı problem mövcud deyil”, - deyə E.Babayev qeyd edib.
E.Babayev vurğulayıb ki, bu ayın ilk günlərinin bayramla əlaqədar qeyri-iş günləri olduğundan pensiyaların plastik kart hesablarına çatdırılması müvafiq əlavə texniki prosedurlar keçirilməsi ilə təmin olunur. “Ona görə də bunun maliyyə çatışmazlığı kimi qiymətləndirilməsi doğru deyil”, - deyə E.Babayev bəyan edib. **
N.Abbasova