Xəzər dənizində Xərə Zirə adası yaxınlığında “Akademik Zərifə Əliyeva” yük gəmisinin maşın bölməsində yanğın baş verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
“Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-7” gəmisi və Aviasiya dəstəsinin 1 helikopteri dərhal hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir”, - deyə nazirlikdən bildiriblər.
FHN-in məlumata görə, aidiyyəti qurumlar məlumatlandırılıb.
“Akademik Zərifə Əliyeva” bərə gəmisi “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin balansındadır. Gəminin yük tutumu 52 vaqon təşkil edir. 2006-cı ildə inşa edilən gəminin uzunluğu154,5 metr, eni - 17 metr, göyərtəsinin hündürlüyü - 7,5 metr, su altında qalan hissəsi - 4,5 metr, dedveyti - 5958 tondur. **
N.Abbasova