1 yanvar 2017-ci il tarixinə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin (İB) abonentlərinin ümumi sayı 2 mln. 4,857 min təşkil edir. Bu barədə birliyin saytında məlumat verilir.
2016-cı ildə İB əhali arasında 171,707 min yeni abonent qeydə alıb. Bunun 40,817 mini Bakı, Sumqayıt və Abşeron, 130,89 mini isə regionlar üzrədir.
“Azəriqaz” İB-nin məlumatına görə, 2017-ci il yanvarın 1-nə 134,659 min məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub və qeyri-əhali sektoru üzrə 406 məscid və dini məbədə təbii qazdan istifadəsi üçün limit ayrılıb.*
N.Abbasova