Azərbaycanda «Premium Euro-95» markalı benzinin pərakəndə satış qiyməti 1 litr üçün 0,95 manatdan 1,05 manata qədər bahalaşıb.
Yeni pərakəndə satış qiyməti yanvarın 13-dən tətbiq olunur.
«Qiymət artımı «Premium Euro-95» markalı benzinin idxal edilməsi və məzənnə dəyişikliklərindən asılı olması ilə əlaqədardır», - deyə neft bazarındakı mənbə “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Xəbər verildiyi kimi, «Premium Euro-95» və «Super Euro-98» markalı benzinlərin Azərbaycana idxalına 2014-cü il aprelin 1-dən başlanılıb.
Daxili bazarda “Premium Euro-95” markalı benzinin satış həcmi ildə 25 min tona qədər təşkil edir.*
A.Əzizov