Azərbaycan prezidenti İlham Əliyev ixracın şaxələndirilməsini ölkənin əsas prioriteti adlandırıb.
“Əminəm ki, 2017-ci il Azərbaycan üçün iqtisadi inkişaf ili olacaq. Biz səmərəli iqtisadi islahatların həyata keçirilməsini davam etdirəcəyik. Eyni zamanda, sosialyönümlü təçəbbüslərə xərcləri artıracağıq. İqtisadiyyatımızın şaxələndirilməsi praktiki olaraq başa çatıb. Hazırda ölkənin ÜDM-in təxminən 70%-i qeyri-neft sektoru hesabına təmin olunur. Bu gün bizim üçün əsas hədəf ixracı şaxələndirməkdən ibarətdir”, - deyə Davos İqtisadi Forumunun rəsmi saytında dərc olunan İ.Əliyevin "2017-ci ildə Azərbaycan iqtisadiyyatının prioritetləri" adlı məqaləsində qeyd edilir.
O vurğulayıb ki, 2016-cı ildə həyatat keçirilən tədbirlıər bu məqsədin nail olmasına gətirəcək. “Artıq Azərbaycan Dünya İqtisadi Forumunun«QlobalRəqabət Qabiliyyyəti İndeksi»ndə (MDB ölkələri arasında) 37-ci yerdədir. Biz bu tərəqqini möhkəmləndirmək niyyətindəyik”, - deyə dövlət başçısı bildirib.
Prezident bəyan edib ki, Azərbaycanın bugünkü uğuru son bir neçə ildə hərtərəfli, konkret və məqsədyönlü səylərin nəticəsidir. “Energetika daxil olmaqla, iqtisadiyyatın müxtəlif sektorlarında qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsi təkcə ölkənin potensialını yüksəltməyib, regional və beynəlxalq əməkdaşlığa da imkan verib”, - deyə İ.Əliyev məqalədə yazıb.
İ.Əliyev vurğulayıb ki, Azərbaycanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsi vasitəsilə Azərbaycan təbii qazının Avropa bazarlarına tədarükü Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək.
“Bu layihə çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi üzrə işlərin 87%-i, Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi üzrə - 72%, Transanadolu qaz kəmərinin (TANAP) tikintisi üzrə - 60% və Transadriatik qaz kəmərinin (TAP) inşası üzrə işlərin 30%-i başa çatdırılıb. Təsdiq edilmiş ehtiyatları ən azı 1,2 trilyon kubmetr olan “Şahdəniz” dünyada ən iri qaz yataqlarından biridir”, - deyə prezident bildirir. **
F.İsazadə