Azərbaycan gömrükçüləri Azərbaycana İran vətəndaşının İran vətəndaşının 180 qrama yaxın heroini keçirmək cəhdinin qarşısını alıblar.
“Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycana gələn İran vətəndaşı Mohammadı Reza Jamshıdın üzərində şəxsi yoxlama aparılıb. Onunüzərindən 1 ədəd, daxili orqanından (düz bağırsağından) isə 3 ədəd bükümdə olmaqla, ümumi xalis çəkisi 176,480 qram təşkil edən heroin aşkar olunub”, - deyə Dövlət Gömrük Komitəsindəndən məlumat verilib.
O cümlədən, yoxlama zamanı onun üzərindən 14,277 qram olan metamfetamin, 65 ədəd həb şəklində metadon aşkar edilib. **
R.Babayev