30 dekabr 2016-cı il tarixinə Azərbaycanda pul bazasının həcmi 7 mlrd. 860,5 mln. manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
31 dekabr 2015-ci il tarixinə pul bazasının həcmi 6 mlrd. 901,8 mln. manat təşkil edib. Beləliklə, 2016-cı ildə pul bazası 13,9% artıb.
Ötən ilin dekabr ayında pul bazası 2% və ya 158,3 mln. manat artıb.
2015-ci ildə pul bazası 40,2% azalıb.*
A.Axundov