Yanvarın 12-də Azərbaycan ərazisində baş vermiş 1 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər həlak olub, 1 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan tarixdə 99 cinayət faktı qeydə alınıb, onların 33-ü “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 54 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.*
R.Babayev