İqtisadiyyat naziriŞahin Mustafayev Almaniyanın sabiq prezidenti Roman Hersoqun vəfatı ilə əlaqədar başsağlığı verib. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Şahin Mustafayev Almaniyanın Bakıdakı səfirliyində olub. Nazir Almaniyanın sabiq prezidenti, görkəmli dövlət və ictimai-siyasi xadim Roman Hersoqun vəfatı ilə əlaqədar Azərbaycan hökuməti adından başsağlığı verib”, - deyə məlumatda deyilir.
Nazir xatirə kitabına ürək sözlərini yazıb.
Roman Hersoq yanvarın 10-da uzun sürən xəstəlikdən sonra 82 yaşında vəfat edib. R.Hersoq Xristian-Demokratik İttifaqı Partiyasının üzvü idi. O, 1994-cü il iyulun 1-dən 1999-cu il iyunun 30-dək Almaniyanın federal prezidenti postunu tutub. **
R.Babayev