Dövlət Gömrük Komitəsi (DGK) 2016-cı ildə dövlət büdcəsinə 2 mlrd. 291 mln. 665,71 min manat məbləğində vergi və rüsum köçürüb ki, bu da 2015-ci ilin göstəricisindən 43,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
2016-cı ildə dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 1 mlrd. 515 mln. 321,52 min manat, aksizlər üzrə 92 mln. 894,26 min manat, yol vergisi üzrə 83 mln. 242,06 min manat təşkil edib.
Bundan başqa, hesabat ilində gömrük rüsumları üzrə köçürmələr 600 mln. 207,87 min manat məbləğində olub.
2016-cı ildə DGK-nın xətti ilə dövlət büdcəsinə daxilolmalar 1 mlrd. 810 mln. manat həcmində müəyyən edilib. **
N.Abbasova