Hüquq-mühafizə orqanlarının əməkdaşları Zeynalabdin Əzimovu silah satarkən saxlayıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
“Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zəngilan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsindəKəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş Zeynalabdin Əzimov Gəncə şəhəri ərazisində "AK" markalı silahı və 17 ədəd patronu 2000 manata satarkən saxlanılıb”, - deyə məlumatda bildirilir.*
R.Babayev