Azərbaycan prezidenti İlham Əliyev bu gün Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşası başa çatdırılan sərhəd gözətçi gəmisi və xidməti istifadəyə verilən yeni xüsusi texnikalar ilə tanış olub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyev DSX-nin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin texniki göstəriciləri ilə tanış oldu. Prezident yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisində yaradılan şəraitlə maraqlandı.
Bundan başqa, dövlət başçısı Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində “Tufan” tipli növbəti sərhəd gözətçi gəmisinin təməlini qoydu.
Sonra İ.Əliyev yeni alınmış avtonəqliyyat vasitələri və digər xüsusi texnikalar ilə də tanış oldu. **
N.Abbasova