Azərbaycan-Türkiyə regionda əmin-amanlığın və sabitliyin bərqərar olmasına xidmət edir. Azərbaycan prezidenti İlham Əliyev buna əmindir.
İ.Əliyev Azərbaycan ilə Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar həmkarı Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.
“Dostluq və qardaşlıq üzərində qurulmuş əlaqələrimiz bu gün birgə səylərimizlə strateji müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Azərbaycan-Türkiyə tərəfdaşlığı xalqlarımızın rifahına, ölkələrimizin çiçəklənməsinə, regionda əmin-amanlığın və sabitliyin bərqərar olmasına xidmət edir”, - deyə İ.Əliyevin məktubunda deyilir.
Dövlət başçısı əmindir ki, Türkiyə-Azərbaycan birliyi və həmrəyliyi bundan sonra da iki xalqın mənafelərinə uyğun olaraq möhkəmlənəcək və genişlənəcək.
İ.Əliyev vurğulayıb ki, müstəqil Azərbaycanın tarixində Türkiyə diplomatik əlaqələr yaratdığı ilk dövlətdir. **
F.İsazadə