Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 16-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7867 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Yanvarın 16-na manatın avroya nisbətən rəsmi məzənnəsi yanvarın 13-də qeydə alınmış 1,897 manat/1EUR səviyyəsinə qarşı 1,8959 manat/1EUR səviyyəsində müəyyənləşdirilib. Bununla da manat avroya nisbətən 0,058% bahalaşıb.
AMB yanvarın 16-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini yanvarın 13-nə olan 0,0301 manat/1RUR səviyyəsinə qarşı 0,03 manat/1RUR səviyyəsində müəyyən edib. Beləliklə, manat rubla qarşı 0,3322% möhkəmlənib.*
A.Əzizov