2017-ci ilin yanvar ayında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsi tərəfindən xarici valyuta ilə qanunsuz əməliyyatlarla bağlı cinayət işi açılıb. Bunu Azərbaycan Baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuatkonfransında bəyan edib.
“Cari ilin əvvəlində “qara bazar”da valyuta əməliyyatları ilə bağlı bir cinayət işi açılıb”, - deyə K.Əliyev bildirib.
Onun sözlərinə görə, “qara bazar”da qanunsuz valyuta mübadiləsi ilə bağlı beş inzibati araşdırma aparılıb. “Ötən il valyuta mübadiləsi qaydalarının pozulması ilə bağlı 2 cinayət işinin istintaqı yekunlaşıb və məhkəməyə göndərilib”, - deyə K.Əliyev vurğulayıb. **
R.Babayev