Prezident İlham Əliyev yanvarın 16-da Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə görüşüb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Görüş Davosda baş tutub.
“Görüşdə S.Çakrabarti qarşıdakı dövrdə Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında səmərəli fəaliyyətin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib”, - deyə məlumatda bildirilir.
Tərəflər Azərbaycanda kənd təsərrüfatı, nəqliyyat, infrastruktur və digər sahələrdə layihələrin həyata keçirilməsi ilə bağlı əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu qeyd ediblər.*
A.Əzizov