Azərbaycan prezidenti İlham Əliyev “Boeing 747-400” yük təyyarəsinin Bişkək yaxınlığında qəzaya uğraması nəticəsində insan tələfatı ilə bağlı Qırğız Respublikasının prezidenti Almazbek Atambayevə başsağlığı verib. Bu barədə dövlət başçısnın saytında məlumat verilir.
“Bişkek yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən kədərləndirdi”, - deyə məktubda deyilir.
İ.Əliyev A.Atambayevə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib, zərərçəkənlərin tezliklə sağalmasını arzu edib. **
N.Abbasova