2017-ci ildə Azərbaycanda dərman preparatlarının istehsalı üzrə üçüncü zavodu tikintisinə başlanacaq. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev bəyan edib.
“Cari il mart ayında respublikada dərman preparatlarının istehsalı üzrə üçüncü zavodun təməlini qoymağı planlaşdırırıq”, - deyə nazir bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, “Azərbaycan İnvestisiya Şirkəti” ASC bu istiqamətdə bir sıra təkliflərə baxır.
“Düşünürəm ki, ayxın 2-3 il ərzində Azərbaycanda bir sıra əczaçılıq zavodu fəaliyyətə başlayacaq, bu da qeyd olunan sahədə dönüş etməyə imkan verəcək”, - deyə Ş.Mustafayev vurğulayıb.
Nazir qeyd edib ki, ölkədə əczaçılıq zavodunun tikintisi “dərman təhlükəsizliyini təmin edəcək, o cümlədən, qiymətlərə mühüm dərcədə təsir edəcək”.
2016-cı ilin noyabr ayında Pirallahı Sənaye Parkında "Hayat pharm"Azərbaycan-Rusiya birgə müəssisəsinin təməlqoyma mərasimi keçirilib. Zavodun illik istehsal gücü 22,5 mln. qutu və ya 500 milyon ədəd həb və kapsul təşkil edəcək. İlkin mərhələdə zavodda 89 çeşiddə dərman istehsal olunacaq. Layihənin iştirakçıları Azərbaycan İnvestisiya Şirkəti, “Vita-A” MMC və Rusiya Federasiyasının “R-Pharm” şirkətidir. Zavodun investisiya dəyəri $74 mln. təşkil edir. **
F.İsazadə